BaşlıcaSiyasət

Gevorq Papoyan ikitərəfli formatda danışıqları Ermənistan və Azərbaycan üçün effektiv hesab edir

Ermənistanın İqtisadiyyat naziri, hakim “KP” partiyasının idarə heyətinin sədr müavini Gevorg Papoyan regiondakı marşrutların blokdan çıxarılması məsələsinin də Rusiya vasitəçiliyi olmadan ikitərəfli formatda müzakirə olunub-olunmayacağı barədə suala toxundu.

Alınan məlumata görə, Papoyan vurğuladı ki, Ermənistan və Azərbaycan arasındakı danışıqlarda vasitəçi dövlətlər prosesə öz maraqları ilə yanaşırlar.

 “Əgər siz nəzərə almısınızsa, son zamanlar əsasən bütün proses ikitərəfli formatda həyata keçirilir” – deyə Papoyan sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların rəhbərlərinin, hər iki ölkənin liderlərinin, Xarici işlər nazirlərinin son vaxtlarda baş tutan ikitərəfli görüşlərini xatırladaraq, ikitərəfli formatın səmərəliliyini vurğuladı.

İqtisadiyyat nazirinin fikrincə, ikitərəfli formatda danışıqlar uğur qazanıb və işin məhz bu formatda davam etdirilməsi məqsədəuyğundur.

 “İkitərəfli format mənim fikrimcə səmərəli olub və bu formatda işləməyə davam etmək lazımdır” – deyərək nazir yekunlaşdırdı.

Daha çox göstər
Back to top button