
“4 il ərzində müharibə dövrü, böhran, təbii fəlakət, etnik təmizləmə (Dağlıq Qarabağda – red.), nəticəsində soydaşlarımız öz evlərini tərk etdilər və biz onlar üçün layihələr həyata keçirdik.
“Bu sözləri əmək və sosial məsələlər naziri Narek Mkrtçyan “Sosial Ədalətə doğru yol: Ləyaqətli Əmək” beynəlxalq konfransında deyib.
“Biz bütün bu çağırışların öhdəsindən şərəflə gəldik. Sosial müdafiə sistemi müxtəlif böhranlara operativ cavab vermək üçün immunitet qazandı və bu, yalnız dövlət qurumlarının deyil, həm də soydaşlarımızın fəaliyyətinin nəticəsidir.
Beynəlxalq tərəfdaşlarımız Ermənistanda qaçqın düşərgələrinin yeri ilə maraqlanaraq inanmırdılar ki, 120 min insan (Dağlıq Qarabağdan – red.) qısa müddətdə əvvəlcə müvəqqəti, sonra isə daimi mənzillə təmin edilib.
Bu, vətəndaşlarımızın və tərəfdaşlarımızın dəstəyi sayəsində mümkün oldu” – deyə nazir qeyd edib.







