BaşlıcaSiyasət

Papoyan “Sülh kəsişməsi” haqqında:” İqtisadi fayda olsa, heç bir yerdə, hətta Azərbaycanda da müharibə haqqında düşünməzlər”

Əgər iqtisadi maraq mövcud olsa, heç kim, o cümlədən Azərbaycan da müharibə haqqında düşünməz.

Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 6-da parlamentdə jurnalistlərlə söhbəti zamanı, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın strateji təhlükəsizlik baxımından buğda əvəzinə düyü istehlakına keçilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Papoyan qeyd edib ki, Ermənistan həm buğda, həm də düyü idxal edir və bu məhsulların idxalı davam edəcək.

Papoyandan Azərbaycanın hərbi eskalasiyaya gedib-getməyəcəyi və belə bir təhlükənin olub-olmadığı ilə bağlı suala cavabında o bildirib:

“Bütün bu narahatlıqların aradan qaldırılmasının bir yolu var – o da sülh müqaviləsi və “Sülh kəsişməsi”dir. Qeyd edim ki, “Sülh kəsişməsi” siyasi deyil, iqtisadi alətdir və onun vasitəsilə Şərq Qərbə, Cənub isə Şimala birləşir.

Əgər Ermənistan və Azərbaycanda bu iqtisadi maraqlar həyata keçsə, nə Ermənistanda, nə Azərbaycanda, nə də başqa yerlərdə müharibə haqqında düşünməzlər.

Çünki bu ərazidən həm Ermənistan, həm Azərbaycan, həm də hər iki ölkənin qonşuları və dünyanın böyük və kiçik dövlətləri qazanc əldə edəcək” – deyə o, bildirib.

Papoyan qeyd edib ki, müqavilənin imzalanma vaxtı haqqında məlumata malik deyil, lakin heç bir maneə yaranmasa, Ermənistan bir həftə ərzində sülh müqaviləsinin imzalanmasını təşkil etməyə hazırdır.

Daha çox göstər
Back to top button