BaşlıcaSiyasət

Mirzoyan Nazirlər Şurası çərçivəsində Xİ nazirləri ilə görüşdə regional məsələlərdən danışıb

ER Xarici işlər naziri Ararat Mirzoyan Budapeştə işgüzar səfəri çərçivəsində noyabrın 7-də Macarıstanın Xarici işlər  və ticarət naziri Peter Sijarto tərəfindən təşkil olunmuş işçi səhər yeməyində iştirak edib.

Görüş Avropa Siyasi Birliyinin Macarıstanın paytaxtında keçirilən beşinci sammiti çərçivəsində baş tutub. ER Xarici işlər nazirliyindən verilən məlumata görə, Xarici işlər naziri görüşdə regional məsələlərdən danışıb.

Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən cari hadisələri, o cümlədən iki ölkə arasında sərhədin delimitasiyası prosesini, həmçinin sülh müqaviləsinin imzalanmasına yönəlmiş səyləri, iqtisadi və nəqliyyat kanallarını, o cümlədən “Sülh kəsişməsi” layihəsini təqdim edib. “Sülh kəsişməsi” regional sabitliyin təmin edilməsi amili olaraq ER  hökuməti tərəfindən hazırlanmışdır.

Daha çox göstər
Back to top button