BaşlıcaSiyasət

“NATO-nun nümayəndə heyəti Ermənistana gəlib. Onlar Ermənistan-NATO əməkdaşlığının gedişatı ilə bağlı məsələləri müzakirə ediblər”

Noyabrın 5-6-da NATO-nun Avropadakı Baş Qərargah rəisinin müavini, Müttəfiq Qüvvələrin Ali Komandanlığının vitse-admiral Qunşteyn Bruasdalın (Norveç) rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana işgüzar səfərə gəlib.

Bu haqda  məlumatı ER  Müdafiə nazirliyi yayıb.

Səfəri çərçivəsində nümayəndə heyəti ER Silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Eroyan və Müdafiə nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Aivazyanla görüşlər keçirib.

Görüşlərdə Ermənistan-NATO əməkdaşlığının inkişafı və perspektivi ilə bağlı məsələlər müzakirə olunub.

Daha çox göstər
Back to top button