Dörd il əvvəl, noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin birgə bəyanatı ilə 2020-ci ilin 44 günlük müharibəsinə son qoyuldu.
Sənədin əksər müddəaları 2023-cü il sentyabrın 19-dan etibarən aktuallığını itirdi. Həmin tarixdə Azərbaycan Qarabağda hərbi əməliyyatlar həyata keçirərək oradakı xalqı məcburi köçkün vəziyyətinə saldı və Qarabağdan bütün erməniləri çıxardı.
Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri isə Qarabağı tərk etdi.
Bununla belə, regional kommunikasiyalar və əsirlər barədə bəndlər müzakirə mövzusu olaraq qalır.
Üçüncü Qarabağ müharibəsinin bitməsindən 4 il sonra həlak olmuş hərbçilərin yaxınları “Yerablur” hərbi məzarlığında ehtiramlarını bildiriblər.
Dörd il əvvəl noyabrın 9-da Ermənistanın baş naziri, Rusiya və Azərbaycanın prezidentlərinin imzaladığı bəyanatla sentyabrın 27-də Azərbaycan tərəfindən başladılmış və 44 gün davam edən müharibəyə son qoyuldu.
9 maddədən ibarət sənədin birinci müddəasında noyabrın 10-da Moskva vaxtı ilə gecə yarısı münaqişə zonasında tam atəşkəsin təmin edilməsi və bütün hərbi əməliyyatların dayandırılması nəzərdə tutulurdu. Tərəflər həmin anda mövcud olduqları mövqelərdə qalmalı idi.
Bu maddələrdən üçü Ağdam, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılmasının şərtlərini və vaxt cədvəlini təsbit edirdi. Ermənistan tərəfi bu şərtləri pozmadan yerinə yetirdi. Lakin Bakı və Moskvanın öhdəlikləri tam yerinə yetirilmədi.

Bəyanatın 4-cü maddəsinə görə, Qarabağda 5 illik müddətə yerləşdirilən Rusiya sülhməramlı qüvvələri həmin müddət bitdikdən sonra daha 5 il uzadıla bilərdi.
Lakin müddət uzadılmadan sülhməramlı qüvvələr Qarabağı tərk etdi.
Sənədin 7-ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaçqınlar Qarabağa və ətraf rayonlara qayıtmalı idi.
Bu, nəinki baş vermədi, əksinə, Qarabağ etnik təmizləməyə məruz qalaraq tamamilə ermənilərdən boşaldıldı.
8-ci maddəyə əsasən, əsirlər, girovlar, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin mübadiləsi həyata keçirilməli iydi. Ermənistan tərəfi bütün əsirləri Azərbaycana təhvil verdi, lakin hələ də Bakıda 44 günlük müharibə zamanı əsir düşənlər saxlanılır.
Sentyabrın 19-dakı təcavüzdən sonra isə Qarabağın keçmiş üç Prezidenti, sabiq dövlət naziri Ruben Vardanyan, parlament sədri Davit İşxanyan və başqaları əsir götürülüb.
Noyabrın 9-da imzalanmış bəyanatın demək olar ki, bütün maddələrini pozmuş Bakı və Moskva bu gün regionda nəqliyyat yollarının açılması ilə bağlı olan 9-cu maddə barədə fəal danışırlar.

Bəyanatın mətni üzrə Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxicevan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməli idi.
Rusiya Sərhəd Xidməti bu nəqliyyat yollarının nəzarətini həyata keçirməli idi.
Rəsmi Bakı isə bu maddəni “Zəngəzur dəhlizi” kimi təqdim edir və Ermənistanın Sünik bölgəsindən Naxicevana suveren bir dəhliz tələb edir.
Ermənistanın baş naziri dəfələrlə qeyd edib ki, Ermənistan dəhliz məntiqinə qarşıdır, amma regionun nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir.
“Bakı bildirir ki, əgər Ermənistan onların şərtləri ilə qərb rayonları ilə Naxicevan arasında əlaqə təmin etmək istəmirsə, İran İslam Respublikasının ərazisindən istifadə edəcək.
Bu ifadə onların Naxicevan ərazisindən keçən əlaqə şərtlərini qəbul etdikləri anlamına gəlir. Biz də bildiririk ki, Ermənistan Respublikası eyni şərtlərlə Azərbaycanın qərb rayonları ilə Naxicevan arasında əlaqəni təmin etməyə hazırdır.
Bundan əlavə, əlaqənin sadələşdirilməsi, nəzarət prosedurlarının qarşılıqlı əməkdaşlıq, bərabərlik, suverenlik və yurisdiksiya çərçivəsində həyata keçirilməsinə hazırıq”.
Noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın 9-cu bəndinə Qarabağın keçmiş ombudsmanı Artak Beglaryan da Yerablurda toxunub.
“İndi elə bir vəziyyət yaranıb ki, Ermənistan və Azərbaycan tərəfindən üçtərəfli bəyanatın digər bəndlərindən bəhs edilmir, lakin Bakı və Moskva 9-cu maddəni xüsusi vurğulayır. Amma bu sənədin bütün bəndləri yerinə yetirilməlidir”.
Beglaryan qeyd edir ki, üçtərəfli bəyanatın heç bir maddəsi Bakı və Moskva tərəfindən yerinə yetirilməyib.
“Bakı ümumiyyətlə öhdəliklərini yerinə yetirməyib. Bunun nəticəsində biz və bütün Qarabağ erməniləri burada — Yerablurda şəhidlərimizin xatirəsinə ehtiram bildiririk”.

Beqlaryan hesab edir ki, münaqişənin əsas məsələləri həll olunmadan regionda sülhdən söhbət gedə bilməz. O, əmindir ki, Artsax xalqının təhlükəsizliyi, hüquqları və statusu nəzərə alınmasa, sülh danışıqları başa çatmayacaq.







