BaşlıcaSiyasət

Azərbaycanın XİN-yi təsdiq edib ki, erməni əsilli rejissorun filmi Bakının təzyiqləri səbəbindən “Oskar” namizədliyinə düşməyib.

Sentyabr ayında erməni əsilli iordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “Mənim sevimli Vətənim” filmi “ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına namizəd göstərilsə də, “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğu üçün Azərbaycan tərəfinin narahatlıqları dərhal İordaniya tərəfinə çatdırılıb” – deyə, Azərbaycan Xarici işlər nazirliyinin sözçüsü Ayxan Hacızadə Azərbaycan mətbuatının İordaniyanın “Oskar” nominasiyasından Qarabağ haqqında olan filmi çıxarması ilə bağlı sualına cavab verib.

“Hərçənd, Ermənistan tərəfinin iddialarının əksinə olaraq, burada təzyiq məsələsi ola bilməz.

Filmin “Oskar” namizədliyinə təqdim edilməməsi İordaniya Film Komissiyası tərəfindən müstəqil şəkildə qəbul edilmiş bir qərardır və filmin İordaniyada nümayişi dayandırılıb.

Biz İordaniya tərəfinin bu qərarını alqışlayırıq” – deyərək, Hacızadə bildirib və bununla faktiki olaraq təzyiqlərin mövcud olduğunu təsdiq edib.

Daha çox göstər
Back to top button