
Bilirik ki, Ermənistan AES-də təmir işlərinin aparılması nəzərdə tutulur, eləcə də yeni AES-in tikintisi məsələsi müzakirə olunur. Bu barədə Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Min noyabrın 12-də jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Çin bu işlərdə iştirak etməyə və erməni xalqının rifah halının yaxşılaşdırılmasına kömək etməyə hazırdır. “Biz Ermənistanla enerji sahəsində sıx əməkdaşlığa hazırıq, atom enerjisi sahəsində əməkdaşlıqda maraqlıyıq”, – diplomat qeyd edib.
O əlavə edib ki, Qeğarkunik rayonunda Çin fotoelektrik qurğunun tikintisi layihəsini həyata keçirir və bu yaxınlarda istifadəyə veriləcək.
“Beləliklə, Çin günəş stansiyaları Ermənistanın enerji sisteminin mühüm hissəsinə çevriləcək”, – Çen bildirib.







