BaşlıcaSiyasət

Diplomatik münasibətlərin bərpasından sonra Ermənistan və Macarıstan arasında ilk siyasi məsləhətləşmələr

Noyabrın 11-də Budapeştdə Ermənistan və Macarıstan Xarici işlər nazirlikləri arasında diplomatik münasibətlərin bərpasından sonra ilk siyasi məsləhətləşmələr keçirilib.

Bu haqda ER Xarici işlər nazirliyindən  bildirilib.

Məlumatda deyilir ki, məsləhətləşmələrdə Ermənistan tərəfini Xarici işlər nazirinin müavini Paruir Hovhannisyan, Macarıstan tərəfini isə Macarıstan Xarici işlər və Ticarət nazirliyinin dövlət katibi Péter Sztaray təmsil edib.

“Tərəflər ikitərəfli gündəliyin daha da inkişafı imkanları, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, ikitərəfli hüquqi müqavilə bazasının genişləndirilməsi, ticarət-iqtisadi, mədəniyyət, təhsil, turizm və digər sahələrdə əlaqələrin canlandırılması zərurətini vurğulayıblar.

Görüş zamanı Avropa Birliyi ilə Ermənistanın tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş səylərə, xüsusilə də Macarıstan tərəfdaşları ilə əməkdaşlıq məsələlərinə ətraflı toxunulub.

Nazir müavini Paruir Hovhannisyan, həmçinin Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində Ermənistanın atdığı addımlara, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində son müzakirələrə, eləcə də Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin yenidən təqdim edilməsinə diqqəti cəlb edib” – deyə məlumatda qeyd edilir.

Daha çox göstər
Back to top button