BaşlıcaBeynəlxalq

Fransa naziri: “Fransa Azərbaycanın ona və Avropaya qarşı hücumlarını cavabsız qoymayacaq”

Fransa, Azərbaycanın özünə və Avropaya qarşı hücumlarını cavabsız qoymayacaq. Fransa ekologiya keçidi məsələləri üzrə naziri Anyes Paniye-Ryunaş, Bakıda keçirilən COP 29 konfransının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin Fransa və Avropanın ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Alınan məlumata görə, o, bildirib ki, Fransa bu bəyanatları cavabsız qoymayacaq.

“Fransa və Avropa qarşı prezident Əliyev tərəfindən edilən ifadələr qəbulolunmazdır. Ölkəmizə, onun institutlarına və ərazilərinə qarşı birbaşa hücumları əsaslandırmaq mümkün deyil.

Azərbaycan, iqlim dəyişməsi ilə mübarizəni öz maraqları üçün istifadə edir ki, bu da yolverilməzdir.

Bu hücumlar, BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyası (CCNUCC) iştirakçıları konfransının davranış kodeksinin ən ciddi pozuntusudur.

Bunlar cavabsız qalmayacaq. Eyni zamanda, repressiv və azadlığa qarşı çıxan Azərbaycanın hakimiyyətinin insan hüquqları ilə bağlı dərslər verməsi də gülünc bir haldır”- deyə Anyes Paniye-Ryunaş bildirib.

Nazir, Fransa və Avropa diplomatiyasının COP 28-də fosil yanacaqların istifadəsindən tədricən imtina edilməsi ilə bağlı geniş bir razılığa gəldiyi bir zamanda, Azərbaycanın fosil yanacaqlara dəstək verməsini də yolverilməz hesab edir.

 “Bu, COP-da prezidentlik etmək üçün layiq deyil. Braziliya və Böyük Britaniyaya təşəkkür etmək istəyirəm ki, onlar istixana qazları emissiyalarını azaltmaq üçün daha iddialı hədəfləri nəzərdən keçirməyə öhdəlik götürüblər.

 İqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün beynəlxalq cəmiyyət məhz belə müsbət dinamika tələb edir, yox ki, aşağı səviyyəli hücumlar” – deyə Paniye-Ryunash vurğulayıb.

Nazir, bu yeni vəziyyətdə Fransanın Prezidenti və Baş naziri ilə müzakirələr aparıldıqdan sonra, gələn həftə Bakıya getməkdən çəkinmək qərarına gəldiyini də bildirib.

“Eyni zamanda, sizə təsdiq etmək istəyirəm ki, Fransanın danışıqlar qrupları, mənim uzaqdan dəstəyimlə, Avropalı tərəfdaşlarımızla birlikdə planetimizi və sakinlərimizi müdafiə etmək üçün yorulmadan çalışacaqlar.

Biz, 10 il əvvəl imzaladığımız Paris Sazişinin (2015-ci il – red.) müddəalarını həyata keçirmək üçün ən iddialı məqsədlərə nail olmağa davam edəcəyik”- deyə Anyes Paniye-Ryunash sözlərini yekunlaşdırıb.

Daha çox göstər
Back to top button