BaşlıcaSiyasət

Lavrov KTMT-yə üzv ölkələrin Rusiyadakı səfirləri ilə görüşüb: Görüşdə Qurgen Arsenyan da iştirak edib

Noyabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin səfirləri və daimi və səlahiyyətli nümayəndələri ilə görüşüb.  

“Armenpress”in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd olunub ki, görüşdə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyan da iştirak edib. 

Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 28-də Astanada keçiriləcək sessiyasının, habelə xarici işlər nazirlərinin birgə iclasının hazırlanması və keçirilməsinə yönəlmiş təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafının əsas məsələləri müzakirə edilib. Tədbirdə KTMT ölkələrinin müdafiə nazirləri şuraları və Təhlükəsizlik Şurasının katiblər komitəsi, həmçinin KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da iştirak edib.

Daha çox göstər
Back to top button