
İran İslam Respublikasında işgüzar səfərdə olan Ermənistan Respublikasının iqtisadiyyat nazirinin müavini Narek Hovakimyanın rəhbərlik etdiyi nümayəndə heyəti Çabahar limanında olub.
Liman və Dəniz Təşkilatının baş direktoru Qasem Asgyari, həmçinin Sistan və Bəlucistan qubernatorunun müavini Cavad Sepahi limanın imkanlarını və müvafiq infrastrukturunu nazir müavininə təqdim ediblər.
Nazir müavini Narek Hovakimyan bəyan edib ki, Ermənistan hökuməti iqtisadiyyatın, o cümlədən beynəlxalq kommunikasiyalaeın diversifikasiyası siyasəti aparır.
Nazir müavini “Sülhün kəsişməsi” layihəsi kontekstində Çabahar limanının rolunu və əhəmiyyətini qeyd edib.
Ermənistan nümayəndə heyəti limana ekskursiya keçirib, mövcud imkanlar və ticarət perspektivləri ilə tanış olub.
Görüşdə Ermənistandan İrana gəlmiş özəl investorlar da iştirak edib, İran tərəfinə suallarını ünvanlayıb, mövcud şərtlərlə tanış olub, mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.







