BaşlıcaBeynəlxalq

Suren Sarqsyan: “ABŞ-da erməni gündəmini irəli aparmaq üçün yeni imkanlar açılır”

Trampın gələcək administrasiyası çox sürətlə formalaşır və əsas xarici siyasət yanaşmaları artıq müəyyən edilir. Erməniyönlü şəxslər də mövcuddur.

Bu barədə beynəlxalq məsələlər üzrə ekspert Suren Sarqsyan öz səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Dövlət katibi vəzifəsinə namizəd Senat üzvü Marko Rubiodur, Vaşinqtonda Çinə qarşı sərt mövqedən çıxış edənlərdən biridir.

 Həmçinin, HƏMAS-a qarşı sərt mövqe və İsraili dəstəkləməyi müdafiə edir. Rubio erməni icması və təşkilatları ilə yaxşı əlaqələrə malikdir.

O, vaxtilə dəfələrlə Türkiyə və Azərbaycana qarşı sərt siyasəti dəstəkləyib.

Müdafiə naziri vəzifəsinə namizəd Pit Hegsettir, o, İrana qarşı sərt mövqedən çıxış edən və Yaxın Şərqdə İsrail tərəfdarı siyasətin tərəfdarıdır.

Təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə namizəd Konqres üzvü Mayk Voltsdur. Vaşinqtonda Çinə qarşı ən sərt mövqedən çıxış edənlərdən biridir.

O, dəfələrlə Türkiyə və İrana qarşı sərt siyasəti dəstəkləyib.

Con Ratkliff Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) rəhbərlik edəcək. O, Çinə qarşı sərt siyasətin öncüllərindən biridir.

Elon Mask və erməniyönlü Vivek Ramasvami icra aparatının səmərəli fəaliyyətinin təşkilinə rəhbərlik edəcəklər.

Ən ermənipərəst şəxs olan Talsi Qabbard Milli Kəşfiyyata rəhbərlik edəcək.

O, faktiki olaraq 18 kəşfiyyat agentliyinə rəhbərlik və koordinasiya edir. Eyni zamanda, prezidentin kəşfiyyat üzrə baş məsləhətçisidir.

Erməniyönlü Robert Kennedinin böyük ehtimalla səhiyyə departamentinə rəhbərlik edəcəyi gözlənilir.

Erməni icması, erməni təşkilatları, lobbiçilər və kilsə üçün erməni gündəmini irəli aparmaq üçün yeni üfüqlər açılır”.

Daha çox göstər
Back to top button