
Beynəlxalq Ədalət Məhkəməsi irqi ayrı-seçkilik halları ilə bağlı sənədləri hazırlamaq üçün Bakı və Yerevana 2025-ci il noyabrın 12-dək vaxt verib. Bu barədə məhkəmənin X mikrobloqunda deyilir.
Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” beynəlxalq konvensiyaya uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı məhkəmə proseslərinə başlayıb. Bakı əks iddia qaldırıb.







