BaşlıcaSiyasət

ER parlamenti və RF parlamenti arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiya regionlararası və ticarət-iqtisadi əlaqələrin inkişafına toxunub

Noyabrın 18-də Dilicanda Ermənistan parlamenti və Rusiya Federal parlamenti arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 38-ci iclası keçirilib.

Ermənistan parlamentindən verilən məlumata görə, parlament sədrinin müavini, Parlamentlərarası Komissiyanın həmsədri Hakob Arşakyan açılış nitqində parlamentlərarası komissiyanın fəaliyyətinin parlamentlərarası dialoqun gücləndirilməsində əhəmiyyətini vurğulayıb.

 Parlament  sədrinin müavini bildirib ki, Ermənistan-Rusiya dövlətlərarası münasibətləri mühüm əhəmiyyət kəsb edir və Ermənistan tərəfi iki ölkənin maraqlarına uyğun əlaqələrin inkişafı üçün səy göstərməyə hazırdır.

Hakob Arşakyan ikitərəfli əlaqələrin təşviqi üçün bir sıra işçi görüşlərin və tədbirlərin vacibliyini vurğulayıb.

Mənbəyə görə, iclasın gündəliyində duran məsələlərə toxunan parlament  sədrinin müavini mərkəzsizləşdirilmiş əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirib ki, regionlar arasında birbaşa əlaqələr dialoqun çərçivəsini daha da genişləndirməyə imkan verəcək.

 “Biz gözləyirik ki, regionlararası əməkdaşlıq, ticarət-iqtisadi sahədə regionlar arasında ənənəvi əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, elm və təhsil sahələrində də ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verə bilər.

Ermənistan-Rusiya regionlararası əməkdaşlığı ticarət-iqtisadi əməkdaşlığın geniş spektrini əhatə edir.

Biz regionlarda malik olduğumuz iqtisadi və intellektual potensialdan daha səmərəli istifadə etməliyik” – deyə Arşakyan bildirib.

Ermənistan ilə Rusiya arasındakı iqtisadi münasibətlərə toxunan Arşakyan qeyd edib ki, dünyada baş verən mürəkkəb iqtisadi proseslərə baxmayaraq, qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıq sahəsində müsbət dinamika müşahidə olunur.

Cari ilin ilk 8 ayında mal dövriyyəsində təsirli artım qeydə alınıb.Parlament sədrinin müavini Cənubi Qafqazdakı vəziyyətə ətraflı toxunub.

”Cənubi Qafqaz regionunda mövcud olan çətin vəziyyətə baxmayaraq, qeyd etmək istərdim ki, Ermənistan sülh gündəliyinə sadiqdir və bölgəmizdə davamlı və ədalətli sülhün təmin edilməsində səmimi maraqlı olan hər kəslə əməkdaşlığa açıqdır” – deyə parlament sədrinin müavini vurğulayıb və Ermənistan hökumətinin təşəbbüs etdiyi “Sülh kəsişməsi” layihəsini təqdim edib.

 Bu layihə həmçinin regionda sülhün təmin edilməsinə və infrastrukturların açılmasına yönəlib.

Çıxışının sonunda Hakob Arşakyan Parlamentlərarası Komissiyanın ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsində mühüm töhfəsini bir daha vurğulayıb.

Bildirilib ki, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini, komissiyanın həmsədri Yuri Vorobyov iqtisadi və regionlararası münasibətlərin fəal inkişaf etdiyini təsdiqləyib və ticarət dövriyyəsinin təsirli nəticələrindən danışıb.

Ermənistan və Rusiyanın bir sıra şəhərləri və regionları arasında əməkdaşlığın faktı məmnunluqla vurğulanıb. Federasiya Şurası sədrinin müavini müxtəlif sahələrdə uğurlu əməkdaşlıq və əldə edilən nəticələr barədə ətraflı danışıb.

İkitərəfli əlaqələrin inkişafına, parlamentlərarası əməkdaşlığa, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və problemlərin həllində prioritet məsələlərə həmçinin Rusiyadakı Ermənistanın Fövqəladə və səlahiyyətli səfiri Gurgen Arsenyan və Ermənistandakı Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin də toxunublar.

Ermənistan parlament sədrinin  məlumatına görə, gündəlik məsələlərin müzakirəsinə keçid zamanı parlament üzvləri Ermənistan-Rusiya regionlararası münasibətlərinin mövcud təcrübə əsasında inkişaf perspektivlərinə və ticarət-iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafına toxunublar.

Parlamentlərarası Komissiyanın üzvləri və hər iki ölkənin icra hakimiyyətlərinin nümayəndələri gündəlik məsələlər çərçivəsində iki dövlətin şəhərləri, regionları və vilayətləri arasında əməkdaşlıq problemləri və nailiyyətlərini, iki xalqın dostluğunu təşviq edən mədəni, təhsil, humanitar və digər ictimai əhəmiyyətli tədbirlərin əhəmiyyətini müzakirə ediblər.

İqtisadiyyatın bir sıra sahələrində mal dövriyyəsinin artım tempi vurğulanıb.

Məruzəçilər gənclər təşəbbüslərinin effektiv həyata keçirilməsinə, universitetlərarası əməkdaşlığa, seminarların və konfransların təşkilinə, regionlararası əməkdaşlıq çərçivəsində humanitar sahəyə, mədəni və turizm əlaqələrinin təşviqinə toxunublar.

İnvestisiyaların təşviqinə yönəlik addımlar, biznes sahəsində fəal əlaqələr də vurğulanıb.

Tərəflər ikitərəfli münasibətlərdə mövcud problemləri və onların həllinə yönəlik addımları da müzakirə ediblər.

İclasın sonunda qərara alınıb ki, Parlamentlərarası Komissiyanın 39-cu iclası gələn il Soçidə keçirilsin.

Daha çox göstər
Back to top button