BaşlıcaSiyasət

İranlı deputat: “İrandan deputat: Azərbaycanın İsrailə enerji resursları tədarükü mehriban qonşuluq siyasətinə ziddir”

İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü Fədəhüseyn Maliki bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Britaniya və İsrail şirkətləri Xəzər dənizini ciddi şəkildə çirkləndiriblər.

Bu, Tehran və Bakı arasında imzalanmış razılaşmalara, eləcə də Tehran Konvensiyasının müddəalarına ziddir. Bu barədə Mehr agentliyi məlumat yayıb.

“İran Prezidenti COP29-a şəxsən qatılmalı idi, lakin sionist rejimin nümayəndəsinin sammitdə iştirakına görə iştirak etməyib” – deyə deputat xatırladıb.

O, qeyd edib ki, Azərbaycan Tehran Konvensiyasına əsasən Xəzər dənizinin qorunması ilə bağlı öz öhdəliklərini yerinə yetirməyib.

Maliki əlavə edib ki, gözlənilirdi ki, bu məsələ COP29-da ciddi şəkildə müzakirə olunacaq.

O, vurğulayıb ki, əsas problem İsrailə enerji resursları tədarükü məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən anglo-sionist şirkətlərin varlığıdır.

Bu, mehriban qonşuluq siyasətinə və Tehran Konvensiyasının ruhuna ziddir.

“Biz gözləyirik ki, Xarici işlər nazirliyi, Ətraf Mühitin mühafizəsi təşkilatı və Energetika nazirliyi parlamentə Azərbaycanın bu pozuntuları ilə bağlı əhatəli hesabat təqdim etsin.

Biz bu məsələni daha ciddi şəkildə izləyəcəyik” – deyə deputat vurğulayıb.

Daha çox göstər
Back to top button