
Azərbaycan hakimiyyəti dünya ictimaiyyətini manipulyasiya etməyə çalışır.Eynilə öz vətəndaşlarına qarşı sərgilədiyi qəddar rəftarı kimi.
İşgüzar dairələrin, hökumətlərin və vətəndaş cəmiyyətinin qlobal liderləri bu ay Bakıda COP29 iqlim sammitində iştirak etmək üçün toplaşarkən, planetin xilası üzərində cəmləşərək tədbirin ev sahibinin rüsvayçı mahiyyətini görməzdən gəlmək cazibəsi ilə üzləşə bilərlər.
Lakin belə bir realpolitik yanaşma bu vəziyyətdə səhv addımdır. Bu barədə noyabrın 11-də Bakıda başlanan BMT iqlim konfransına dair Newsweek-in məqaləsində deyilir.
Məqalədə vurğulanır ki, Azərbaycanın siyasi rejiminin eybəcərliyi təkcə həddindən artıq deyil, həm də öz növündə lovğalıqdır ki, bu da səhvlərə yol açır.
Məhz bu səbəbdən bu ölkə uzun illər münaqişə mövzusu olmuş Dağlıq Qarabağdan 120,000 ermənini etnik təmizləməyə məruz qoyduqdan cəmi bir neçə həftə sonra COP29 iqlim konfransına ev sahibliyi etməyə can atırdı.
“Elə buna görə də, hətta konfransdan əvvəl Bakı neft hasilatını artıracağını bildirdi və iqlim sammitini səhnələşdirməklə öz nüfuzunu təmizləməyi hədəflədi.
Bu riyakarlığa şübhə edən hər kəs prezident İlham Əliyevin noyabrın 12-dəki açılış nitqini dinləməlidir. O, neft və qazı ‘Allahın neməti’ adlandıraraq, neft hasil edən ölkələrin buna görə qınanılmamalı olduğunu, çünki bazarların buna ehtiyac duyduğunu bildirdi”.
Newsweek yazır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini tələb etdi, amma dünya bu diqqəti ona verməməlidir. Məsələn, konfransa “Taliban” nümayəndələri dəvət olunub, amma demokratik Tayvan dəvət edilməyib.
Məqalədə bildirilir ki, Azərbaycan hakimiyyəti dünyanı manipulyasiya etməyə çalışır, eynilə öz vətəndaşları ilə qəddar rəftar etdiyi kimi.
Dünya bu diktaturaya göstərməlidir ki, özü də sərt davrana bilər. Konfransın məqsədi avtoritar rejimin imicini “yaşıl pərdələrlə” təmizləmək yox, əksinə, onun üzərində diqqəti cəmləşdirmək olmalıdır.
Azərbaycan hər meyara görə dünyanın ən avtoritar ölkələrindən biridir. Freedom House-un məlumatına görə, Əliyev rejimi siyasi hüquq və vətəndaş azadlıqları üzrə 100-dən cəmi 7 bal toplayaraq,
Rusiyadan və İrandan da aşağı sıralanır. “Sentyabrda Human Rights House xəbərdarlıq edib ki, Azərbaycan hökuməti siyasi və vətəndaş cəmiyyətinin tənqidçilərinə, o cümlədən ekologiya məsələləri ilə məşğul olanlara qarşı amansız repressiyaları gücləndirib.
Azərbaycanın yüzlərlə siyasi məhbusu arasında Dağlıq Qarabağın etnik erməni liderləri də var. Hazırda Əliyevin silahlı dəstələri tərk edilmiş erməni mədəni irs obyektlərini məhv etmək kampaniyası ilə məşğuldur.
Bu, Bakının ‘yaşıl gələcəyə’ sadiqliyini göstərmək iddiasına ziddir. Azərbaycan hətta işğal etdiyi ərazilərdə ‘Yaşıl Silikon Vadisi’ planlaşdırır” – deyə məqalədə qeyd olunur.
Müəllif əlavə edir ki, Cənubi Qafqazda hərbi əməliyyatlar hazırda dayandırılıb, lakin sülh prosesi dalana dirənib və Bakı səbəbindən yenidən gərginlik artır.
Ötən ay Əliyev Ermənistanı 2020-ci il müharibəsinin dağıntılarını xatırladan təxribatçı bəyanatlar verib və 300 il keçsə belə, Azərbaycanın qəzəbinin yatmayacağını bildirməklə Ermənistanı təhdid edib.
Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası Azərbaycanın hərəkətlərinə görə bu ölkəni “narahatlıq doğuran dövlət” kimi təsnif edib. Bakı isə COP29-u “sülh sammiti” adlandırmağa çalışır.
Məqalədə vurğulanır ki, iqlim məsələləri ilə münaqişələr arasında əlaqə göründüyündən daha yaxındır. Yeni hərbi eskalasiya daha çox insan iztirabına səbəb olmaqla yanaşı, həm də ədalətli iqlim keçidinə nail olmaq səylərini pozacaq.
Məsələn, su ehtiyatları münaqişənin əsas mərkəzindədir. Cənubi Qafqaz üçün su həyati əhəmiyyət daşıyır və iqlim dəyişikliyi bu ehtiyatın azalmasını sürətləndirəcək. 2040-cı ilə qədər bölgədə yağıntıların 52% azalacağı proqnozlaşdırılır.
Azərbaycanın son ərazi qazancları ilə strateji üstünlük əldə etməsi və vacib su mənbələrini nəzarətə götürməsi vəziyyəti daha da çətinləşdirir.
COP29 iştirakçıları Bakının aqressiv hərəkətlərini dayandırmağa və Ermənistanla Azərbaycan arasında davamlı sülh sazişi bağlamağa təzyiq göstərməlidirlər.
Məqsəd bütün erməni məhbusların azad edilməsi və millətlərarası hərbi əməliyyatların dayandırılması olmalıdır. Müəllif yazır ki, ev sahibindən tələb irəli sürmək nəzakətsizlik kimi görünə bilər, amma geopolitikanı iqlimlə əlaqələndirmək məntiqsiz deyil.
İki aspekt bir-biri ilə sıx bağlıdır və bu ev sahibi diqqət mərkəzində olmağa layiqdir.
“Azərbaycanın narazılığı konfrans iştirakçılarının əldə edəcəyi razılaşmalara təsir etməyəcək. Əksinə, realpolitik baxımından həddindən artıq nəzakətli olmaq zərərli ola bilər.
Burada iki vacib məsələ var:
Birincisi, etimad və sabitlik formalaşdırmaq həyati əhəmiyyət daşıyır və bu, regionda mənalı iqlim əməkdaşlığı üçün zəruridir.
İkincisi, qlobal irəliləyiş axtaranlar özlərini aldatmağa imkan verməməlidirlər” – deyə məqalə yekunlaşır.







