Ermənistanda deflyasiya inflyasiya ilə əvəzlənib, AET-nin mətbuat xidməti xəbər verir.
Oktyabr ayının yekunlarına görə, Avrasiya İqtisadi İttifaqı ölkələrində illik inflyasiya Ermənistanda 0,6%, Belarusda 5,9%, Qazaxıstanda 8,5%, Qırğızıstanda 4,8%, Rusiyada 8,5% təşkil edib.
2023-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin oktyabrında inflyasiya Qazaxıstanda 1,3 faiz bəndi, Qırğızıstanda 2,5 faiz bəndi, Belarusda 0,1 faiz bəndi, Rusiyada isə 1,1 faiz bəndi azalıb.
Məlumata görə, istehlak qiymətlərinin strukturunda Qazaxıstan və Qırğızıstanda ərzaq məhsullarında, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiyada qeyri-ərzaq mallarında,
Belarus və Qırğızıstanda xidmət sahələrində inflyasiyanın səngiməsi müşahidə olunub.
“Aİİ ölkələrinin hökumətləri və mərkəzi (milli) banklar tərəfindən istehlak qiymətlərinin artımının məhdudlaşdırılmasına yönəlmiş tədbirlər qiymət sabitliyinə öz töhfəsini verib” – deyə mətbuat xidməti bildirib.
İnflyasiyanın səviyyəsi İstehlak qiymətləri indeksi, Aİİ Müqaviləsinin 63-cü maddəsinə əsasən, iqtisadi inkişafın sabitliyini müəyyən edən əsas makroiqtisadi göstəricilərdən biridir.
Aİİ ölkələrində inflyasiyanın səviyyəsini mütəmadi olaraq izləlinir.







