BaşlıcaBeynəlxalq

ER yeni təyin olunmuş daimi nümayəndəsi, AŞ-nın baş katibinə: “ER Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində davamlı səylər göstərir”

Avropa Şurasında Ermənistan Respublikasının yeni təyin olunmuş daimi nümayəndəsi Armen Papikyan noyabrın 20-də Avropa Şurasının baş katibi Alen Bersinə etimadnamələrini təqdim edib.

ER XİN-dən verilən məlumata görə, etimadnamələrin təqdim olunmasından sonra baş tutan şəxsi görüşdə, səfir Papikyan Ermənistan hökumətinin Avropa Şurası ilə əməkdaşlıq gündəmini genişləndirmək və dərinləşdirmək öhdəliyini bir daha təsdiqləyib.

Daimi nümayəndə, Azərbaycan-Avropa Şurası 2023-2026-cı illər üçün fəaliyyət planının həyata keçirilməsini və Avropa Şurasının demokratik islahatlar, qanunun aliliyi və insan hüquqlarının qorunması sahəsindəki dəstəyini vurğulayıb.

Mənbəyə görə, regionda təhlükəsizliklə bağlı məsələlər kontekstində, səfir Papikyan, Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi, eləcə də etimadın gücləndirilməsi istiqamətində davamlı səylər göstərdiyini qeyd edib və bu məsələdə beynəlxalq tərəfdaşların dəstəyinin və aktiv iştirakının vacibliyini vurğulayıb.

Qeyd olunur ki, daimi nümayəndəni təyinatı münasibətilə təbrik edərək, Avropa Şurasının baş katibi Alen Bersen onun Ermənistan və Avropa Şurası arasındakı mövcud güclü əlaqələrin daha da möhkəmlənməsi və inkişafı istiqamətində səmərəli işlər arzulayıb.

Daha çox göstər
Back to top button