Almaniyanın xarici işlər naziri Analena Berbok Bakıda keçirilən COP29 konfransındakı çıxışında Azərbaycanı sərt şəkildə tənqid edib. O qeyd edib ki, insan haqlarının vəziyyəti, o cümlədən fəalların, jurnalistlərin və müxalifət nümayəndələrinin həbsi narahatlıq doğurur, DW xəbər verir.
O, insan hüquqlarının pozulmasına misal olaraq 2023-cü ilin yayından Azərbaycanda ev dustaqlığında olan London İqtisadiyyat Məktəbinin professoru, 53 yaşlı Qubad İbadoğlunun adını çəkib.
Almaniyanın xarici işlər naziri Yerevandan Bakıya getmişdi. O, noyabrın 19-da axşam saatlarında Ermənistana gəlib. ER XİN-in bəyanatına əsasən, Almaniya və Ermənistan Xİ nazirləri “iki ölkə arasında tərəfdaşlığın daha da genişləndirilməsi imkanları, bu istiqamətdə demokratik dəyərlərə əsaslanan davamlı addımlar, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqları” müzakirə ediblər.







