BBC Ermənistan haqqında gözəl video hazırlayıb: “Burada hər şey, bu olsun böyük və ya kiçik – mənalıdır”

BBC “Sunrise in Armenia” layihəsi çərçivəsində Ermənistanın gözəlliyini ilhamverici bir video vasitəsilə nümayiş etdirib ki, bu da Ermənistanın turizm komitəsi ilə birgə istehsal olunmuşdur.
“Dünyada Ermənistan adlanan bir məkan var, burada dağlar göyə bu qədər yaxındır və ürəyiniz əbədi hekayələrin qarşısında açılır və sanki, şamlar göylə pıçıldaşır.
Hər şey, bu olsun böyük və ya kiçik –olduqca mənalıdır. Özünüz üçün uyğun olanı seçin. Bir anlıq dayanın, hündürlükdən nəfəs alın… min illik tarixə malik xəzinələri tapın.
Ermənistanı bütün beş duyğuyla kəşf edin, ən dadlı mətbəxdən dadın, erməni yazılarını araşdırın, bütün məbədlərin səslərini dinləyin, həyatı, onun mənasını duyun və qeyd edin”- deyərək videoda qeyd olunur.
Video Ermənistanın gözəl mənzərələrini, zəngin tarixini və mədəniyyətini nümayiş etdirir.
Video həmçinin BBC telekanalında da yayımlanıb.







