BaşlıcaBeynəlxalq

Belçikalı siyasi xadimlər Azərbaycandan Bakıda saxlanılan erməniləri azad etməyi və Ermənistan ərazilərindən çıxmağı tələb ediblər

Bakıda keçirilən COP 29 tədbiri ərəfəsində Belçikanın Federal, Flandriya, Valoniya və Brüssel parlamentlərinin 20 üzvü Azərbaycanın hökumətinə və COP 29-a qatılan Belçika hökumətinin nümayəndə heyətinə üç əsas tələb ilə müraciət ediblər:

 Azərbaycanda olan erməni müharibə əsirlərinin azad edilməsi, Qarabağın erməni mədəniyyət irsinin qorunması və Azərbaycan qüvvələrinin Ermənistan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılması, eləcə də Ermənistan Respublikasına qarşı Azərbaycan tərəfindən hər hansı bir təcavüzün dayandırılması.

Bildirilişi Belçikanın əsas siyasi partiyaları – MR, Les Engagés, DéFI, N-VA, CD&V, Vooruit və Groen tərəfindən imzalanıb. İlk üç partiyanın liderləri isə bəyanatı şəxsən imzalayıblar.

Belçikalı siyasi xadimlər əvvəlcə vurğulayırlar ki, COP 29-u qəbul edən ölkə olaraq Azərbaycan insan hüquqları, insan ləyaqəti və ədalətin əsas prinsiplərinə sadiq qalmalıdır.

Ardınca onlar öz tələblərini qeyd edərək, 2020-ci il dekabrın 16-dan sonra Belçikanın Federal, Flandriya və Valoniya parlamentləri tərəfindən qəbul edilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri xatırladırlar.

Buna əlavə olaraq, 2021-ci ildən etibarən və 2024-cü ilin oktyabrından sonra Avropa Parlamentinin qəbul etdiyi qətnamələrə uyğun olaraq, belçikalı siyasi xadimlər Azərbaycan hökumətinə çağırış edirlər:

Bakıda saxlanılan bütün erməni müharibə əsirlərinin, girovların və dustaqların, o cümlədən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyinin dərhal və şərtsiz azad edilməsini təmin etsin.

Dağlıq Qarabağda erməni mədəni və dini irsinin, o cümlədən monastırların xaç daşlarının toxunulmazlığını təmin etsin. Bu irsi albanlaşdırmaqdan və tarixi yenidən nəzərdən keçirməkdən çəkinsin.

Ermənistan Respublikasına qarşı təhdidlərdən və hər hansı bir təcavüzdən çəkinsin, Azərbaycan  əskərlərini Ermənistan Respublikasında işğal olunmuş ərazilərdən çıxarsın.

Bundan əlavə, müəlliflər Belçika hökumətinin nümayəndə heyətini COP 29-a qatılarkən yuxarıda qeyd olunan parlament qətnamələrinin ruhuna uyğun fəaliyyət göstərməyə çağırırlar.

HHD-nin Ermənistan üzrə Avropa ofisinin rəhbəri Qaspar Karapetyan bu təşəbbüsü alqışlayaraq bildirib:

 “Biz bəyanatın müəlliflərinə, o cümlədən iri siyasi partiyaların liderlərinə, yüksək rütbəli parlamentarilərə və qanunverici orqanın bütün səviyyələrindəki nümayəndələrə minnətdarıq.

 Azərbaycan hökumətinə beynəlxalq normalara hörmət etməyə və onlara uyğun hərəkət etməkçün təzyiq göstərmək vacibdir. Bu bəyanat bu zəruriliyi vurğulayır və COP 29-a qatılan belçika nümayəndə heyətinə aydın bir mesajdır ki, onlar buna sadiq qalmalıdırlar.

HHD-nin Ermənistan üzrə Avropa ofisi ədalət və sülhün bərqərar olunmasına sadiqliyini davam etdirəcək və həmişə bu məqsədlərə çatmaq üçün mənalı və dərhal tədbirlərin zəruriliyini vurğulayacaq”.

Daha çox göstər
Back to top button