
Hökumətin qərarına əsasən, 2024-cü ilin qış çağırışı 2024-cü il noyabrın 25-dən 2025-ci il yanvarın 31-dək (daxil olmaqla) keçiriləcək.
Jurnalist xəbər verir ki, qərar Ermənistanda hökumətin noyabrın 21-də keçirilmiş iclasının gündəliyində yer alıb.
Bu müddət ərzində məcburi hərbi və alternativ xidmətə cəlb ediləcək kişi vətəndaşlar, 2024-cü il dekabrın 31-dək 18 yaşını tamamlayanlar və ya təxirə salma müddəti həmin tarixdə bitənlərdir.
Qərar həmçinin, könüllü əsaslarla sıravi heyətə məcburi hərbi xidmətə keçmək istəyən qadınların və qanunla müəyyən edilmiş xüsusi statusa malik kişi vətəndaşların çağırılmasını nəzərdə tutur.
Məcburi hərbi xidmət keçən vətəndaşların təxris olunması 2025-ci ilin yanvarın 9-dan yanvarın 31-dək (daxil olmaqla) həyata keçiriləcək.
Eyni müddət ərzində alternativ xidmət keçən vətəndaşlar da təxris olunacaq. Çağırışın təşkil olunması məqsədilə respublika və rayon çağırış komisiyaları, həmçinin müvafiq mütəxəssislərin cəlb edilməsi ilə mərkəzi tibbi komissiya yaradılacaq.







