Sarkis Qalstyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 424-cü maddəsinin 1-ci hissəsinə əsasən casusluqda ittiham olunub

İstintaq Komitəsinin məlumatına görə, o, 2018-2023-cü illərdə Dağlıq Qarabağda müxtəlif vəzifələr tutub.
Bu vəzifələrə Şuşa rayon İcra hakimiyyəti başçısının müavini, Hərbi-vətənpərvərlik, gənclər, idman və turizm nazirliyinin aparat rəhbəri, Təhsil, elm, mədəniyyət və idman nazirliyinin aparat rəhbərinin müavini, daha sonra isə Dağlıq Qarabağ Prezident administrasiyası rəhbərinin müavini vəzifələri daxildir.
2020-ci ilin noyabrında o, xarici dövlətin xüsusi kəşfiyyat xidmətinin əməkdaşı ilə əlaqə qurub və casusluq etməyə razılaşıb, ona “Sərxan” ləqəbi verilib.
2020-2023-cü illər ərzində Qalstyan Dağlıq Qarabağın əhalisi, onların əhval-ruhiyyəsi, Dağlıq Qarabağ və Ermənistan hakimiyyəti nümayəndələrinin mövqeləri, həmçinin 2023-cü ilin sentyabr hadisələri zamanı Ermənistanın mümkün hərbi dəstəyi ilə bağlı məlumatlar toplayıb və ötürübdür.
Dağlıq Qarabağın ermənilərdən boşaldılmasından sonra o, həyat yoldaşı ilə birlikdə Xankəndidə qalıb və cinayət fəaliyyətini davam etdirərək erməni əhalisi ilə bağlı başqa məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürüb.
Mətbuatda Sarkis Qalstyanın Azərbaycan prezidenti İlham Əliyevin administrasiyası tərəfindən Xankəndi komendantı təyin edildiyi barədə məlumat yayılmışdı, lakin onun qardaşı oğlu bu məlumatı təkzib etmişdi.







