
ER parlamentinin NATO Parlament Assambleyasının nümayəndə heyəti Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Daimi komitəsinin sədri Andranik Koçaryanın rəhbərliyi altında 2024-cü ilin noyabrın 22-dən 25-dək NATO Parlament Assambleyasının payız sessiyasının işlərinə qatılır.
A. Koçaryan, nümayəndə heyətinin üzvləri Vahagn Aleksanyan və Arusyak Culhakyan Demokratiya və Təhlükəsizlik Məsələləri, Müdafiə və Təhlükəsizlik Məsələləri, İqtisadi və Təhlükəsizlik Məsələləri, Siyasi Məsələlər, Elm və Texnologiyalar Məsələləri komitələrinin, eləcə də plenar iclasın işlərinə qatılacaqlar.
Nümayəndə heyəti ilə NATO Parlament Assambleyasının payız sessiyasının və komitələrin işlərinə təşkilatda ER nümayəndəliyinin rəhbəri Arman İsraelyan və Kanadada ER Fövqəladə və səlahiyyətli səfiri N.G. Anahit Harutyunyan da iştirak edir”.







