
Polkovnik-leytenant Qəhrəman Məmmədov qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
KİV-in məlumatına görə, o, Türkiyədə üzərində 70 kq qızıl ilə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Məmmədov 4 ay müddətinə həbs edilib.
Turan informasiya agentliyi xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, o, Müdafiə Nazirliyi sistemində müxtəlif vəzifələri tutub. Onun sonuncu iş yeri Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi olub, burada o, hərbi attaşe vəzifəsində işləyib. Daha əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe köməkçisi olub.
Lakin nə XİN, nə Müdafiə Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.







