
2024-cü ildə Ermənistanda ÜDM-in real artımı 6 faiz olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında qeyd olunub.
Ötən il bu göstərici 8,3 faiz olub, gələn il isə 4,9 faiz səviyyəsində olacaq.
BVF ekspertlərinin proqnozlarına görə, 2029-cu ildə Ermənistanda ÜDM-in artımı 4,5 faiz təşkil edəcək.
Hesabatda Ermənistanda 2024-cü ildə işsizlik səviyyəsinin də olduğu qeyd edilib nəticələrə görə 13 faiz, 2025-ci ildə isə 13,5 faizə çatacaq.
2023-cü ildə bu göstərici 12,6 faiz təşkil edib.







