BaşlıcaSiyasət

Ermənistan KTMT Təhlükəsizlik Şurasının dar tərkibdə iclasında iştirak etməyəcək

Ermənistan KTMT Təhlükəsizlik Şurasının noyabrın 28-də keçiriləcək sessiyasında iştirak etməyəcək. “Armenpress”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Ermənistan görüşdə iştirak etməyəcək, lakin onun nümayəndələri əvvəllər görüş zamanı müvafiq razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə olmadıqlarını bəyan ediblər”, – Uşakov bildirib.

KTMT-yə üzv dövlətlərin rəhbərləri təşkilatın təhlükəsizlik şurasının dar tərkibdə iclasında beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin son fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button