
Polşa prezidenti Anjey Duda Aİ-nin Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşən müşahidə məntəqəsində olub.
O, Polşa əməkdaşları ilə görüşüb.
“Avropa İttifaqının Ermənistan Respublikasındakı missiyasının rəhbəri Markus Ritter, müavini isə polşalı Marek Kuberskidir. Missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb.
Məqsədləri vəziyyətin monitorinqi və Ermənistanla Azərbaycan arasındakı sərhəddə patrulluq etməkdir”, – Polşa Prezidentinin Aparatı X mikrobloqunda yazıb..







