
Bu gün Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixail Qreçilo Xarici İşlər Nazirliyinə dəvət edilib. Azərbaycan tərəfi Polşa prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhədinə səfərinə və Aİ-nin müşahidə qrupuna qoşulmasına etiraz edib.
Polşalı diplomata bildirilib ki, bu təxribat Azərbaycan-Polşa münasibətlərinə ziddir.
Xatırladaq ki, Polşa prezidenti dünən Paruyr Sevak kəndində olub və Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə qrupuna qoşulub. Bu da Bakıda narazılığa səbəb olub.







