
ER XİN-nin sözçüsü Ani Badalyan “Lurer” (Xəbərlər) saytının sorğusuna cavab olaraq aşağıdakı sualı şərh edib:
“Aİİ-da sədrlik edən ölkə Ermənistanın Avrasiya İqtisadi Ali Şurasının iclasını keçirməməsi ilə bağlı Uşakovun bəyanatını necə şərh edirsiniz?
Niyə Yerevan belə bir qərar qəbul etdi, Ermənistanda iclası keçirməməyin səbəbi nədir?”
“Aİİ çərçivəsində fəaliyyət göstərən qaydalar, Avrasiya İqtisadi Ali Şurasının iclasının mütləq şəkildə Aİİ-nın nizamnamə orqanlarında sədrlik edən üzv dövlətində keçirilməsini nəzərdə tutmur.
Buna uyğun olaraq, Avrasiya İqtisadi Ali Şurasının iclaslarının keçirilməsi qaydası, növbəti iclasın keçirilmə müddətləri və yeri müvafiq olaraq, ona əvvəlki iclas zamanı qərar qəbul edilir.
Bu halda, Avrasiya İqtisadi Ali Şurasının 2024-cü il mayın 8-də Moskva şəhərində keçirilən iclasında üzv ölkələrin rəhbərləri növbəti iclasın cari ilin dekabrında Sankt-Peterburqda keçirilməsinə qərar qəbul ediblər” – deyə o, qeyd edib.







