BaşlıcaSiyasət

Ermənistan hökumətində AB-Ermənistan investisiyaların əlaqələndirilməsi platformasının üçüncü iclası keçirilib

 Noyabrın 27-də Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın və ER-da  Avropa Birliyi nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maragosun həmsədrliyi ilə hökumətdə AB-Ermənistan investisiyaların əlaqələndirilməsi platformasının üçüncü iclası keçirilib.

 Görüş zamanı xüsusilə infrastruktur sahəsində vacib əhəmiyyət kəsb edən layihə və proqramlar, o cümlədən “Qafqaz elektrik ötürücü şəbəkəsi”, Şimal-Cənub yolunun “Sisian-Kacaran” hissəsi, “Dayanıqlı Syunik” çərçivə kredit proqramları və “Dayanıqlıq və nkişaf” planı çərçivəsində Ermənistanda yeni təşəbbüslər müzakirə olunub.

 İclasda həmçinin Ermənistan hökumətinin, Avropa Birliyiin və beynəlxalq maliyyə təşkilatlarının Ermənistandakı nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Daha çox göstər
Back to top button