Başlıcaİctimaiyyət

Yol qəzasında 5 Azərbaycan hərbçisi ölüb

Bakı-Qazax avtomagistralının Tovuzdan keçən hissəsində qəza qeydə alınıb. Avtomobillərin toqquşması nətisində altı nəfər aldığı xəsarətdən ölüb.

Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, yol qəzasında ölənlərdən beşi hərbçidir.

Nazirlikdən qeyd olunub ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox göstər
Back to top button