
Dekabrın 3-də ER xarici işlər naziri Ararat Mirzoyanın Haaqaya səfəri çərçivəsində Ermənistan Respublikasının “Onlayn Azadlıq Koalisiyası”na qoşulacağı açıqlanıb. Koalisiyaya üzv olan bütün dövlətlərin yekdil dəstəyini alan Ermənistan koalisiyanın 42-ci üzvü oldu.
Koalisiyaya qoşulmaq üçün lazım olan sənədlərin mübadiləsi Ermənistan və Niderlandın xarici işlər nazirlərinin görüşündə, platformada Hollandiyanın hazırkı sədrliyi nəzərə alınmaqla baş tutub.
Bununla bağlı nazirlər “X” platformasında qeydlər ediblər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan öz açıqlamasında qeyd edib:
“Mən şadam ki, Ermənistan xarici işlər naziri Kaspar Veldkampla Haaqada görüşümdən sonra Niderlandın sədrliyi ilə elan edilmiş “Onlayn Azadlıq Koalisiyası”na qoşuldu. Bu, Ermənistanın fundamental azadlıqların və insan hüquqlarının müdafiəsinə əsaslanan yanaşmanın, o cümlədən onlayn platformalarda təşviq edilməsinə dair qəti öhdəliyini əks etdirən daha bir əlamətdar hadisədir”.
Niderlandın xarici işlər naziri Kaspar Veldkampın notasında xüsusi olaraq qeyd edilir: “Biz şadıq ki, Ermənistan bizim sədrliyimiz dövründə “Onlayn Azadlıq Koalisiyası”na qoşuldu. Bu, Ermənistanın onlayn domendə insan hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı güclü öhdəliyini əks etdirir. Ermənistanın bu addımını alqışlayıram”.
Ermənistanın üzvlüklə bağlı “Onlayn Azadlıq Koalisiyası” tərəfindən dərc edilən mesajda vurğulanır ki, Ermənistan son illərdə həm daxili təşəbbüslər, həm də müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak və əməkdaşlıq yolu ilə internetdə insan hüquqlarının müdafiəsi və təşviqinə sadiqliyini nümayiş etdirib.
“Rəqəmsal Transformasiya Strategiyası (2021-2025)”ni rəhbər tutaraq Ermənistan şəffaf və effektiv rəqəmsal idarəetmənin inkişafına, rəqəmsal savadlılığın təşviqinə və vətəndaşların innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş bir sıra təşəbbüslər həyata keçirir. Eyni zamanda, ER-nin “Demokratiya Sammiti”nin iclaslarında fəal iştirakı onun qlobal səviyyədə demokratik təsisatların gücləndirilməsinə sadiqliyini vurğulayır.







