BaşlıcaSiyasət

ER Parlamentinin sədri və Kanadanın xüsusi elçisi Stefan Dion regional hadisələrə toxunublar

ER Parlamentinin sədri Alen Simonyan dekabrın 5-də Kanadanın Avropa İttifaqı, Avropa və Ermənistan üzrə xüsusi elçisi Stefan Dionu qəbul edib.

Tərəflər Ermənistan-Kanada münasibətlərinin gündəliyi ilə bağlı müxtəlif məsələləri, o cümlədən parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu kontekstdə həmsöhbətlər Kanada Parlament Mərkəzi ilə birgə həyata keçirilən proqramları, bu proqramlar çərçivəsində Kanada və Ermənistan parlamentlərinin aparatlarının təcrübə mübadiləsi apardığını, iki ölkə parlamentlərinin aparatları arasında geniş əməkdaşlığın təmin edildiyini vurğulayıblar.

Görüşdə regional inkişaf, sülh müqaviləsi və ikitərəfli maraq doğuran digər məsələlər də müzakirə edilib.

Daha çox göstər
Back to top button