Başlıcaİctimaiyyət
Bakıda jurnalistlər yenidən həbs edilir

Bakıda Meydan TV-nin 6 əməkdaşı həbs edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, onlar ölkəyə qanunsuz olaraq xarici valyuta gətirməkdə ittiham olunurlar.
Almaniyada fəaliyyət göstərən Meydan TV-nin rəhbərliyi jurnalistlərin saxlanmasını qanunsuz olaraq qiymətləndirib və qeyd edib ki, hakimiyyətin təzyiqlərinə baxmayaraq yayımı davam etdirəcəklər.
Meydan TV-nin saytı 2017-ci ildən bəri Azərbaycanda bloklanıb. Telekanalın sosial səhifələri dəfələrlə kiberhücumlara məruz qalıb. Ən son məlumata görə, Azərbaycan həbsxanalarında 17 jurnalist saxlanılır.







