BaşlıcaSiyasət

BQXK-nın əməkdaşları Bakıda saxlanılan erməni əsirlərə baş çəkiblər

Dekabr ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Bakıda həbsdə olan ermənilərə növbəti dəfə baş çəkib və onlara yaxınlarının hazırladığı bağlamaları veriblər.

Bu barədə “Armenpress” ilə söhbətində Ermənistan Qırmızı Xaç Komitəsinin kommunikasiya proqramları üzrə məsul əməkdaşı Zara Amatuni bildirib ki, saxlanılan şəxslərə yaxınları ilə əlaqə saxlamaq imkanı verilib.

“Bundan başqa, vaxtaşırı olduğu kimi, bu dəfə də Bakı həbsxanasında saxlanılan şəxslərin yaxınlarına şəxsi əşyalar olan bağlamalar hazırlamaq imkanı verilib və Azərbaycan tərəfi ilə razılaşdırılaraq BQXK-nin baş çəkməsi zmaanı həmin bağlamalar azadlıqda olmayan şəxslərə verilib”, – deyə Zara Amatuni qeyd edib.

Azərbaycan ölkədə 23-ə yaxın erməni əsirinin olduğunu təsdiqləyir. Dağlıq Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, həmçinin Dağlıq Qarabağın keçmiş dövlət naziri Ruben Vardanyan, Parlamentin sədri olan Davit İşxanyan, Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyan, keçmiş xarici işlər naziri Davit Babayan, daxili işlər nazirinin keçmiş müavini Davit Manukyan da Bakıda saxlanılan şəxslər arasındadır.

Daha çox göstər
Back to top button