
Dekabrın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan Manamada Bəhreyn Krallığının xarici işlər naziri Əbd Əl-Lətif bin Rəşid Əl-Zəyani ilə görüşüb.
Tərəflər Ermənistan və Bəhreyn arasında konkret təşəbbüslər vasitəsilə turizm və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən investisiyaların təşviqi yolu ilə işgüzar əlaqələrin təşviqi imkanlarını müzakirə ediblər.
İki ölkənin XİN arasında siyasi məsləhətləşmələr vasitəsilə gələcək əməkdaşlıq üçün zəruri addımların və prioritetlərin müəyyənləşdirilməsinə dair razılıq əldə olunub.
Ermənistan və Bəhreyn XİN başçıları regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan vurğulayıb ki, son illərin və indiki çağırışlara baxmayaraq, ER Cənubi Qafqazda sabit mühitin yaradılması, sülhün bərqərar olması üçün maksimum səy göstərir.
Tərəflər Yaxın Şərqdə baş verən son inkişaflara da toxunublar.







