
Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsrailə qarşı yönəlməyib. “Armenpress”in məlumatına görə, bu barədə “Manama dialoqu” çərçivəsində keçirilən panel müzakirəsi zamanı ER xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
“Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsrailə qarşı deyildi. Bu qərar həm fələstinlilər, həm də israillilər üçün verilib, çünki biz görürük ki, bu iki xalqın sülh və sabitlik şəraitində yaşamasının mümkün yolu “iki dövlət” prinsipinə əsaslanan həll yoludur”, – Vahan Kostanyan bildirib.







