
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında səmimi maraqlıdır və bunun Ermənistanla Azərbaycan arasında da normallaşma proseslərinə müsbət təsir göstərə biləcəyini inanırıq.
“Manama dialoqu” çərçivəsində panel müzakirəsi zamanı ER Xİ nazirinin müavini Vahan Kostanyan bildirib.
“Biz Türkiyə ilə münasibətlərin normallaşmasında səmimi maraqlıyıq. Biz hesab edirik ki, Ankara ilə münasibətlərin tənzimlənməsinin Ermənistanla Azərbaycan arasında nizamlanma proseslərinə müsbət təsir göstərə biləcəyini inanırıq.
Amma onu da nəzərə alsaq ki, Ermənistan qərb tərəfdaşlarımızla yaxınlaşır, yəqin ki, burada sual verməliyəm. Türkiyə istər regionda, istərsə də Avropa Birliyi və Qərblə münasibətlər baxımından xarici siyasətini harada görür? Görünən odur ki, Ermənistan Avropa İttifaqına yaxınlaşmağa çalışır, Ermənistan xalqının Avropaya doğru istəkləri var. Sərhədlərin açılacağı təqdirdə, Aİ-nin Gömrük İttifaqının da üzvü olan Türkiyə Ermənistanla Aİ arasında körpü ola bilər”, – deyə Ermənistan xarici işlər nazirinin müavini vurğulayıb.







