
İndiki şəraitdə biz təbii ki, hadisələrin, o cümlədən Cənubi Qafqaz regionunda inkişafının hər hansı variantını istisna edə bilmərik, lakin mənə elə gəlir ki, Azərbaycanın Ermənistana birbaşa hərbi təcavüzü təhlükəsi çox ehtimal olunanlardan biri deyil.
Bunu rusiyalı politoloq, Rusiya Beynəlxalq Münasibətlər Şurasının direktoru Andrey Korutov “News.am”a müsahibəsində bildirib.
Türkiyənin də bu cür münaqişələrə qoşulub oradan zərərsiz çıxa biləcəyi bir vəziyyəti təsəvvür etmək də çox çətindir.
Hətta Suriya məsələsində də Türkiyənin rəsmi mövqeyi bu dövlətin ərazi bütövlüyünü qorumaqdır. Türkiyə rəhbərliyi heç vaxt Suriyanın ərazi bütövlüyünü tanımaqdan imtina etməyib. Fikrimcə, Ermənistana qarşı da oxşar mövqe gözlənilir.
Ola bilər ki, siyasi problemlər var, bəlkə fikir ayrılıqları var, Ermənistanla Azərbaycan arasında ərazi mübahisələri ola bilər, amma mən birbaşa hərbi təcavüz vəziyyətini təsəvvür etmirəm.
“Bunu ortaya çıxara bilənlər üçün çox baha başa gələcək”.







