BaşlıcaSiyasət

Almaniya Bundestaqının iki keçmiş deputatı rüşvət müqabilində Azərbaycana kömək etməkdə ittiham olunur

Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik mühafizəkarlar blokunun keçmiş deputatları Aksel Fişer və Eduard Lintner “Azərbaycan işi” üzrə Avropa Şurası Parlament Assambleyasının üzvlərinə rüşvət vermək üçün rüşvət almaqda ittiham olunurlar.

Almaniya Bundestaqının iki keçmiş deputatı qondarma “Azərbaycan işi” ilə bağlı rüşvətxorluq ittihamı ilə Münhen Ali Məhkəməsi qarşısına çıxacaq. DW xəbər verir ki, bu barədə dekabrın 13-də məhkəmənin nümayəndəsi məlumat verib. Münchner Merkur qəzeti onun sözlərinə istinadən yazıb ki, proses yanvarın 16-da başlamalıdır.

Aksel Fişer rüşvətxorluqda, Eduard Lintner AŞPA-da Azərbaycanın xeyrinə qərarlara təsir etmək üçün seçilmiş məmurlara rüşvət verməkdə ittiham olunur. Hər iki şübhəli günahlarını inkar edir.

İstintaqın məlumatına görə, Lintner 2016-cı ildə 19 saxta şirkət vasitəsilə bir neçə milyon avro alıb. Müstəntiqlər hesab edirlər ki, o, həmin pulun bir hissəsini ona lazım olan qərarların qəbuluna təsir etməli olan digər deputatlara köçürüb.

Fişer də Azərbaycanın xeyrinə çıxışlar edib, məxfi sənədlər göndərib. Əvəzində 2016-cı ildə o, 21 800 avro rüşvət alıb.

Eduard Lintner dpa agentliyinə verdiyi şərhdə ona qarşı rüşvətxorluq ittihamını “tamamilə cəfəngiyyat” adlandırıb. Lintnerin sözlərinə görə, parlament səlahiyyətlərini başa vurduqdan sonra o, Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanınması üçün lobbiçi kimi fəaliyyət göstərib ki, bu da “beynəlxalq hüquq baxımından doğrudur”. Bunun üçün Bakı öz şirkətlərinə pul ödəyib, lakin Lintnerin sözlərinə görə, o, digər deputatlara pul köçürməyib.

Aksel Fişer dpa ilə söhbətində ona qarşı irəli sürülən ittihamların “doğru olmadığını” qeyd edib.

Daha çox göstər
Back to top button