
Rusiya tərəfi ümid edir ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.
Bu barədə RİA Novosti bildirib.
“Biz ümid edirik ki, dəvət etdiyimiz bütün şəxslər, o cümlədən Nikol Paşinyanı da Sankt-Peterburqa gələcək. Biz orada nə baş verəcəyini görəcəyik”.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakının gözlənildiyini bildiridi.







