
Niderlandın səfiri Marieke Monroy-Vinter Aİ-nin Ermənistandakı müşahidə missiyasının ofisində olub.
Missiya özünün X səhifəsində yazıb: “Niderlandın Ermənistandakı səfiri xanım Marike Monroy-Vinteri Aİ missiyasında qəbul etmək şərəfdir. O, oradakı missiyanın fəaliyyəti barədə məlumatlandırılıb”.
Səfir həmçinin Niderlandın şəxsi heyəti ilə görüşüb və Xaçık kəndi ərazisində patrul dəstəsinə qoşulub. Hazırda Aİ missiyasında 7 holland ekspert çalışır.







