BaşlıcaBeynəlxalq

Rusiya kimyəvi müdafiə qüvvələrinin komandanı evin yaxınlığında baş verən partlayış nəticəsində həlak olub

Bu gün səhər saatlarında general-leytenant İqor Kirilov və köməkçisi evinin yaxınlığında öldürülüb.

Rusiya İstintaq Komitəsi təsdiqləyib ki, “Moskvanın Ryazan prospektində yaşayış evinin girişində dayanmış avtomaşına yerləşdirilən partlayıcı qurğu işə salınıb”.

54 yaşlı general Kirilov 2017-ci ildə kimyəvi müdafiə qüvvələrinin rəhbəri təyin edilib.

TASS-ın mənbəsi partlayıcının 300 qram trotillə bərabər olduğunu bildirib.

Dünən Ukrayna Təhlükəsizlik Xidməti Kirilovu Rusiyanın işğal etdiyi 2022-ci ilin fevralından bəri Ukraynaya qarşı 4800 dəfədən çox kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

Daha çox göstər
Back to top button