
Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin üzvü Mövlud Çavuşoğlu NATO Parlament Assambleyası çərçivəsində Ermənistan nümayəndə heyətinin üzvlərinə yaxınlaşaraq Cənubi Qafqaz regionunda sülh imkanlarından danışıb.
“Armenpress”in məlumatına görə, bunu jurnalistlərlə söhbətində ER Parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryan deyib.
Ermənistan nümayəndə heyəti noyabrın 22-25-də NATO PA-da assosiativ üzv kimi iştirak edib.
“Çavuşoğlu bizə, Arusyak Culhakyan və Vahaqn Aleksanyana yaxınlaşdı, söhbət etdi. Biz bunu təşəbbüs etmədik, o gəldi, sülhdən və onun imkanlarından danışdı”, – deyə Koçaryan qeyd eədərək əlavə edib ki, bu çox yaxşıdır.







