
Fransaya işgüzar səfəri çərçivəsində dekabrın 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornyu ilə görüşüb.
Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi olub.
Görüşün əvvəlində ER müdafiə naziri Suren Papikyan Fransanın Hind okeanındakı Mayotta adasında baş vermiş siklonun qurbanları ilə bağlı başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu müzakirə olunub.
Suren Papikyan həm Sebastyan Lekornyu ilə əvvəllər əldə edilmiş razılaşmaların davamlı şəkildə həyata keçirildiyinin, həm də bu görüş zamanı əməkdaşlıqla bağlı əldə olunacaq yeni razılaşmalarının vacibliyini vurğulayıb.
Tərəflər əməkdaşlığın uzunmüddətli və institusional əsasda qurulduğunu təsdiqləyiblər.
Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornyu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.







