
Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsi üzrə komissiyaların növbəti iclasının vaxtı ilə bağlı hələ də razılıq yoxdur.
“Armenpress”in məlumatına görə, bunu baş nazirin müavini Mher Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Digər görüşün vaxtı ilə bağlı hələ ki, razılaşmamız yoxdur. Amma düşünürəm ki, yaxın vaxtlarda görüş olacaq, çünki Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyətinin reqlamentinin müzakirəsi və təsdiqi mərhələlərində razılıq əldə olunub ki, reqlament qüvvəyə mindikdən sonra, bəli, görüşməliyik”, – Qriqoryan bildirib.







