Başlıcaİctimaiyyətİdman

Ümid edirəm ki, 2029-cu ildə 20 yaşadək futbolçulardan ibarət dünya çempionatına ev sahibliyi etmək hüququ qazanacağıq: Armen Melikbekyan

Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyanın hesab edir ki, 2029-cu ildə gənclər arasında dünya çempionatının keçirilməsi Ermənistan futbolunun inkişafı üçün yeni təkan olacaq.

“Gənclər arasında dünya çempionatının ev sahibi ölkəsi olmaq üçün Ermənistanda 7 layihə həyata keçiriləcək (4 akademiya və 3 stadio tikiləcək). Stadionlara gəlincə, Vanadzor stadionunun təmiri və 10 min yerlik stadiona çevrilməsi, həmçinin İcevanda 10 min yerlik yeni stadionun tikintisi ilə bağlı qərar var. Ümid edirəm ki, 2029-cu ildə gənclər arasında dünya çempionatına ev sahibliyi etmək hüququ əldə edəcəyik. Bu, infrastrukturun yaradılması və futbolun inkişafı baxımından Ermənistan üçün ciddi təkan olacaq”,- deyə o qeyd edib.

Bu ilin iyununda məlum olub ki, Ermənistan və Gürcüstan FİFA-ya 2029-cu ildə keçiriləcək gənclər arasında dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcəklər. UEFA Ermənistan və Gürcüstanın birgə iddiasını dəstəklədiyini təsdiqləyib.

Daha çox göstər
Back to top button