
Ermənistan Kosovo pasportlarını, o cümlədən adi, diplomatik və rəsmi pasportları rəsmən tanıyıb. Bu barədə Kosovonun xarici işlər və diaspor nazirinin müavini Əhməd Kreşnik sosial şəbəkələrdə məlumat verib.
“Bu, iki ölkənin vətəndaşları və institutları arasında əlaqələrin və münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır”, – Kreşnik vurğulayıb.







